
“Biz Eminin səmimiyyətinə inanmaq istərdik.
O, Neftçi” biabırçılığından bir neçə gün sonra özündə güc tapıb, qismən də olsa, azarkeşlərin və futbol ictimaiyyətinin yarasına məlhəm qoymaq istədi“.
Bu sözlər “Sportinfo TV“nin aparıcı-eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist “Neftçi“nin kapitanı Emin Mahmudovun son paylaşımını dəyərləndirib.
O bildirib ki, 2017-ci i ldən ağ-qara formanı geyinən yarımmüdafiəçi azarkeşlərə gecikmiş müraciət edib.
Komandanın liderinin üzrxahlığının bütün həqiqətlərə işıq tutmadığını söyləyən E.Cəfərov qeyd eləyib ki, Mahmudov uğursuzluğun səbəblərini gizlədir və olanları hələ də demək istəmir.
Ekspert deyib ki, əgər Emin daha səmimi mövqe tutsaydı, “Neftçi“ni avrokuboklarsız qalmağa sürükləyən amillər üzə çıxar və hər şey tamam fərqli olardı.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: