Qara Qarayev ötən yay “Sabah”la anlaşa bilərdi.
“Qarabağ”dan ayrıldığını eşidən o vaxtkı baş məşqçi Murad Musayev klub rəsmilərinə Qaranı təcili sərəncamında görmək istədiyini bildirmişdi.
Futbolçu məsələ ilə bağlı məlumatlandırılmış, lakin üstünlüyü “Neftçi”yə vermişdi. Həm klubun tarixi, həm də Emin Mahmudovla dostluq münasibətləri həlledici rol oynamışdı.
Redaksiyamıza daxil olan ən son məlumata görə, Qaranın “Sabah”la anlaşmaq ehtimalı var. “Neftçi”də adına yaraşmayan mövsüm keçirən təcrübəli yarımmüdafiəçi burada özünü xoşbəxt hiss etmir.
Növbəti mövsümdə də mütəmadi şans qazanmayacaqsa, hər iki tərəfi razı salacaq şərtlər altında “Sabah”la anlaşması mümkündür. Hazırda üç tərəfin hər biri gözləmə mövqeyindədir.
Bakılıların yeni baş məşqçisinin kimliyini bilinəndən sonra bu mövzuda yenilik olacaq. Hələ ki, gözləyək.
HƏBİB / SPORTİNFO.AZ

