"Neftçi" böyük ümidlərlə gətirdiyi bu futbolçuya da qapını göstərdi

30 May 2024 17:00 Neftçi 8 141
"Neftçi" böyük ümidlərlə gətirdiyi bu futbolçuya da qapını göstərdi

"Neftçi" Azər Əliyevin xidmətində maraqlı deyil.

Klub bu niyyətini cinah müdafiəçisinin diqqətinə çatdırıb.

Rəsmilər bir illik müqaviləsi olan "7 nömrə" ilə dil tapmağa çalışır.

Böyük ümidlərlə paytaxt klubuna gətirilən arxa xətt oyunçusunun adı təkcə uğursuz çıxışına görə yox, həm də nizam-intizam qaydalarını pozması səbəbindən "qara siyahı"ya düşüb.

Azər başa çatan mövsüm cəmi 16 matçda forma geyinib və 1 qolla yadda qalıb.

30 yaşlı futbolçu 2022-ci ildən "Neftçi"nin şərəfini qoruyur.

O, arxada qalan müddətdə keçirdiyi 57 oyunda 2 qol, 7 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti