Tanınmış futbol adamından "Neftçi"də yüksək post tutması istənildi

30 May 2024 11:40 Neftçi 5 670
Tanınmış futbol adamından "Neftçi"də yüksək post tutması istənildi

Avrokuboklara vəsiqə qazanmayan «Neftçi» islahatların biraddımlığındadır.

Artıq bəlli etdiyimiz kimi, paytaxt klubu yeni rəhbərin gəlişini gözləyir.

Murad Heydərovun ayaq səsləri lap yaxından eşidilməkdədir. «SOCAR-Balkani»nin icraçı direktoru «ağ-qaralar»ın Müşahidə Şurasının sədri təyin olunacaq.

Onun ardınca daha bir tanınmış futbol adamının «Neftçi»də çalışmaq ehtimalı güclüdür. Həmin şəxs Erkin İ brahimovdur.

Aldjığımız məlumata görə, uzun illərdir menecer olaraq fəaliyyət göstərən və özünü isbatlayan E.İbrahimova klubda mühüm vəzifələrdən birini tutmaq təklif olunub.

Bildiyimizə görə, seçim bacarıqlı agentin öz öhdəsinə buraxılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”