COP29

Emin Mahmudovun gecikmiş etirafı

29 May 19:40 Neftçi 852
Emin Mahmudovun gecikmiş etirafı

Premyer Liqanın başa çatmasından 5 gün keçsə də, ölkənin idman ictimiayyəti hələ də “Neftçi”nin fiaskosunu müzakirə edir.

Əslində, mövsüm başlayandan, artıq bir neçə turdan sonra bu komandanın çempionatda ciddi mübarizə aparacağı inandırıcı görünmürdü.

Müxtəlif məşqçi və oyunçu rotasiyaları da bir növ kosmetik xarakter daşıyırdı.

Azarkeşləri sona kimi “Neftçi”yə inansalar da, sən demə, onun aqibəti hələ sezonun əvvəlində pərdəarxası oyunlar nəticəsində həll olunmuşdu.

Bu qənaətə gəlməyə bizi kapitan Emin Mahmudovun gecikmiş etirafı vadar edir.

Dəyərli “Neftçi” azarkeşlərinə müraciət edən Emin Mahmudov bir neçə gündən sonra özündə güc və inam taparaq etdiyi müraciətdə yüzminlərlə insanın üzgünlüyünü nəzərə alaraq üzr istəyir.

O, bu mövsümə və nəticələrə görə çox utandığını bildirir, “Neftçi” ailəsinin belə bir aqibətə və nəticəyə layiq olmadığını dilə gətirir.

Biz Eminin səmimiyyətinə inanmaq istərdik. O, “Neftçi” biabırçılığından bir neçə gün sonra özündə güc tapıb qismən də olsa, azarkeşlərin və futbol ictimaiyyətinin yarasına məlhəm qoymaq istədi.

Lakin səmimiyyətinə, əzmkarlığına, fədakarlığına və peşəkarlığına şübhə etmədiyimiz Emin Mahmudov daha səmimi olsaydı və klub daxilində baş verən “oyunlar” barədə vaxtından danışmağa cəsarət etsəydi, bu gün nə “Neftçi” fiaskosu barədə danışardıq, nə də “Neftçi” ailəsi belə bir hüznlü gündə olardı.

Bir sözlə, gecikmiş etirafların “Neftçi”yə artıq heç bir xeyri yoxdur. Qatar çoxdan gedib...

Elçin CƏFƏROV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"