COP29

MARAQLI ETİRAF: “Onu “Neftçi”də saxlamağa çox cəhd etdim, qalmadı”

29 May 21:00 Neftçi 2 556
MARAQLI ETİRAF: “Onu “Neftçi”də saxlamağa çox cəhd etdim, qalmadı”

“Mən onunla heç vaxt küsülü olmamışam”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq prezidenti Kamran Quliyev deyib.

O, vaxtilə həm “Sumqayıt”da, həm də “Neftçi”də bərabər çalışdığı Ceyhun Sultanovla münasibətlərinin həmişə normal olduğunu bildirib:

“Aramızda narazılıq olmayıb. Bu gün də açıq deyirəm ki, Ceyhun Sultanov "Neftçi"yə gətirdiyim ən uğurlu kadrlardan biri idi.

“Neftçi”dən də özü gedib. Vallah, getməyi özü istəmişdi. Saxlamağa çox cəhd etmişdim.

Hər zaman demişəm ki, çempion olan həmin heyəti bir yerə yığan Ceyhun Sultanov və Füzuli Məmmədov idi. Amma heyəti "bişirən" və potensialını açan Samir Abasov oldu”.

Onlar bir orta məktəbdə təhsil alıblar. Sonra yolları «Sumqayıt»da birləşib.

K.Quliyev uşaqlıq tanışını 2015-ci ildə bura gətirib. 2018-ci ildə birlikdə «Neftçi»yə üz tutublar. Quliyev prezident,

Sultanov idman direktoru olaraq paytaxt təmsilçisində fəaliyyət göstərib.

2020-ci ilin noyabrında yolları ayrılıb. Derbidə «Qarabağ»a 0:6 hesablı məğlubiyyətdən sonra Sultanov vəzifəsindən istefa verib. Bu hadisə tərəflərin münasibətlərinə mənfi təsir göstərib.

Kamran Quliyev ötən ilin yayında «Neftçi»ni tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"