COP29

“Neftçi”nin birinci şəxsi hara yoxa çıxdı?

29 May 20:40 Neftçi 2 058
“Neftçi”nin birinci şəxsi hara yoxa çıxdı?

“Neftçi”də söz deyən çoxdur.

Amma klubda rəhbər postunda prezident statuslu Fərrux Mahmudov oturub.

“Sabah”la oyundakı məğlubiyyət “ağ-qaralar” üçün fiasko idi. Mövsümü 10 komandalı çempionatda 5-ci yerdə başa vurmaq, ölkə kubokunun finalına yüksələ bilməmək və ən əsası avrokuboklardan kənarda qalmaq.

Biabırçı yenilgidən sonra klub rəsmilərinin hamısı bir-bir qarşımızdan keçdi - Yens Andersson, Kamil Məmmədov, Zaur Əzizov. Hansısa birində müsahibə istəsəydik, heç biri danışmayacaqdı.

Çünki danışmalı olan Fərrux Mahmudov idi. Klubun ümumi yükü bu adamın çiyinlərindədir. Müsahibə verməli, uğursuzluğa səbəb göstərməli, yeri gələndə “Neftçi”sevərlərdən üzr istəməliydi.

Amma yaxın gəlmədi. Zaur Əzizovla söhbətini qurtaran kimi ona yaxınlaşmaq istəyirdik ki, bizi görən kimi qaçdı. Şagirdin məktəbdən qaçmağı var e, bax-bax, tam o şəkildə.

Jurnalistləri görmürmüş kimi davranıb, harasa tələsirmiş görkəmi yaradıb xidməti avtomobilinə qaçdı. Əyləşən kimi də sürücüsünə “tez sür” tapşırığını verdi.

Çaşıb qaldıq. Bu boyda uğursuzluğun fonunda prezident sualları cavablandırmalı olduğu halda, boyun qaçırırsa, komandanın futbolçularının arxa qapıdan qaçmasına niyə təəccüblənirik?

Mətbuatın, ictimaiyyətin üzünə çıxmağa üz tapa bilməyən adam hansı üzlə “Neftçi” boyda klubun məsuliyyətini daşımalıdır?

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"