COP29

"Neftçi"də fırtına öncəsi SƏSSİZLİK - Bu şəxs də klubu tərk edəcək

29 May 09:40 Neftçi 2 917
"Neftçi"də fırtına öncəsi SƏSSİZLİK - Bu şəxs də klubu tərk edəcək

Premyer Liqada başa çatan mövsümü 5-ci pillədə tamamlayan "Neftçi"də səssizlik hökm sürür.

Düzdü, baş məşqçi Miodraq Bojoviçlə yolların ayrılması açıqlanıb.

Bəs davamı?

Əldə etdiyimiz məlumata görə, bu, fırtına öncəsi səssizlikdir.

Klub rəhbərliyində çox daşlar yerindən tərpənib.

Ayrılıqlar bir-birini əvəzləyəcək.

Klubun baş icraçı direktoru Fərrux Mahmudovun yol üstə olmasını məlumat vermişdik.

Etibarlı mənbədən daha bir informasıya almışıq.

Belə ki, göndəriləcək adların siyahısında Kamil Məmmədov da yer alıb.

Məmmədov ötən ilin yayından klubdadır.

Bir müddət qeyri-rəsmi olaraq "ağ qaralar"da çalışan tanınmış menecer mövsümün startından az sonra Müşahidə Şurasının idman üzrə müşaviri vəzifəsini yerinə yetirməyə başlayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"