COP29

"Belə olmaz, "Neftçi" istəsə, gəlib komandanı çalışdıraram"

29 May 01:50 Neftçi 8 874
"Belə olmaz, "Neftçi" istəsə, gəlib komandanı çalışdıraram"

"Neftçi" avrokuboksuz qaldı.

Bu sadəcə biabırçılıq və komandanın azarkeşləri üçün üzücüdür.

İnanın, bu cür nəticəyə görə ürəyim ağrıyır. "Neftçi"ni son turda heç-heçə də avrokuboklara aparırdı.

Əgər heç-heçəni də saxlaya bilmirsənsə, daha nə deyək? Gözlənilməz idi. Mən "Neftçi"ni artıq avrokuboklarda görürdüm.

Necə belə alındığını bilmirəm. "Sabah"ın hansı pillədə olduğunu xatırlayırsız? Onlar hazırda Avropadadır, "Neftçi" isə evində.

Matçdan sonra Miodraq Bojoviçin günahı öz üzərinə götürməsi normal idi. Çünki oyunçulara dayaq olmaq istədi.

Miodraq o qədər də günahkar deyildi. Nə qədər futbolçunu Bojoviç gətirmişdi? Oyunçu seçimini kim edib?".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında "Neftçi"nin sabiq futbolçusu Slavko Georgiyevski deyib.

Şimali makedoniyalı veteran futbolçu "ağ-qaralar"ın bu mövsümkü çıxışını dəyərləndirib. O, "Neftçi"nin avrokuboklara vəsiqə qazana bilməməsini şərh edib:

"İndi yaxşı, sakit analiz etmək lazımdır ki, nəyə görə bu cür nəticə qeydə alındı. İdman direktoru ilə bağlı da analiz aparmaq lazımdır, oyunçuları haradan gətirdilər, kim təklif etdi?

Komandaya futbolçuları "Neftçi"ni sevən, necə çempion olmağı bilən insanlar təklif etməlidir. Ölkədəki ən yaxşı uşaqları "Neftçi" futbol akademiyasına gətirmək lazımdır ki, orada inkişaf etdirsinlər və daha sonra əsas komandaya cəlb olunsunlar.

Bir də, ən yaxşı legionerləri seçib komandanı qurmaq lazımdır. Yoxsa, legionerləri sanki mağazadan alırlarmış kimi, kiloqramla gətirmək lazım deyil.

Bojoviçin gedişi? Təəssüf. Sanki bir adam günahkar idi. Belə olmaz. Yeri gəlmişkən, "Neftçi" istəsə, gəlib komandanı çalışdıraram".

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"