“Neftçi”də pul qazandı, üzr istədi: “Başımı dik tutaraq irəliləyirəm...“

28 May 2024 22:40 Neftçi 1 309
“Neftçi”də pul qazandı, üzr istədi: “Başımı dik tutaraq irəliləyirəm...“

"Neftçi"nin legioneri Yuri Matias instaqram hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi komandasının avrokuboklara vəsiqə qazana bilməməsi barədə yazıb:

"Daha bir mövsüm sona çatdı! Təəssüf ki, biz Avropa Liqasına vəsiqə qazana bilmədik və buna görə bütün azarkeşlərdən üzr istəyirəm! Allaha şükürlər olsun ki, daha bir mövsüm zədəsiz keçdi!

Başımı dik tutaraq irəliləyirəm və həmişə daha çox, daha yaxşısını etmək axtarışındayam!".

"Neftçi" Premyer Liqanin 36-cı turunda "Sabah"a 0:1 uduzaraq turnir cədvəlini 5-ci pillədə başa vurub və avrokuboklara yollana bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda