COP29

“Hamının adından danışa bilmərəm, öz adımdan deyim ki..” – “Neftçi”dəki günahkar

28 May 20:00 Neftçi 1 350
“Hamının adından danışa bilmərəm, öz adımdan deyim ki..” – “Neftçi”dəki günahkar

“Hamıdan üzr istəyirəm. Mən də avrokuboklarda oynamaq istəyirdim, alınmadı”.

“Neftçi”nin hücumçusu Andre Şinyaşiki Sportinfo.az-a açıqlamasında “Sabah”a 0:1 hesabı ilə uduzduqları oyunu bu cür şərh edib.

Braziliyalı şərəfini qoruduğu komandanın hər şeyə qadir olduğunu deyib. Lakin mövcud vəziyyətə görə günahkar göstərməkdə çətinlik çəkdiyini bildirib:

“Bu komanda və bu azarkeşlər hər şeyin ən yaxşısını haqq edir. Bu il məqsədimizə çata bilmədik.

Həyat davam edir, inanıram ki, “Neftçi” növbəti mövsümdə bacaracaq.

Hamının adından danışa bilmərəm. Öz adımdan deyim ki, daha yaxşı oynamalıyam, daha yaxşısını etməliyəm.

Günahkar axtarmaq istəmirəm, öz adımdan danışıram, özümə aid suallara cavab verirəm”.

Şinyaşiki “Neftçi”yə ötən yay cəlb olunmuşdu. O, başa çatan mövsümdə bütün yarışlarda meydana çıxdığı 31 oyunda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"