COP29

"Neftçi"nin rəhbəri vəzifəsinə gətirilən şəxs kimin yaxın dostudur?

28 May 11:40 Neftçi 2 699
"Neftçi"nin rəhbəri vəzifəsinə gətirilən şəxs kimin yaxın dostudur?

«Neftçi»nin Müşahidə Şurasının yeni sədrinin Murad Heydərov olacağı məlumdur.

Sportinfo.az həmin şəxsin kimliyini eksklüziv olaraq ictimaiyyətə açıqlayıb.

Murad Heydərov Rövşən Nəcəfdən boşalan posta gətirilib. Yaxın günlərdə bu təyinat rəsmən açıqlanacaq.

Aprelin 2-də AFFA-nın prezidenti seçilmiş R.Nəcəfi əvəzləyəcək bu şəxsin tərcümeyi-halı barədə internet resurslarında geniş məlumat yoxdur.

Bilinən odur ki, o. 2023-cü ilin aprelində SOCAR-ın Bolqarıstanda yeni açılmış ofisinə rəhbər təyin olunub.

“SOCAR Balkan” şirkətinin icraçı direktoru vəzifəsini yerinə yetirən M.Heydərov bir müddət SOCAR-ın prezidenti Rövnəq Abdullayevin müşaviri postunu tutub.

O, həmçinin TAP konsorsiumunun Direktorlar Şurasının sədri işləyib.

«Neftçi»nin yeni patronunun futbola bağlılığı da var. 2016-cı ildə AFFA-nın nəzdində Apellyasiya Arbitraj Tribunalının üzvü kimi fəaliyyət göstərib.

Onunla bağlı əldə etdiyimiz bir maraqlı məlumat da Elşad Nəsirovla münasibətləri barədədir. Belə ki, M.Heydərovun SOCAR və AFFA-nın vitse-prezidenti ilə uzun müddətdir dostluq etdiyi yönündə xəbərlər almaqdayıq.

O da bildirilir ki, yeni sədr Nəsirovun dəvəti ilə federasiyanın İcraiyyə Komitəsinin bir neçə iclasında qonaq qismində iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!