“Neçə gündür yazmaq istəyirəm ki, utanıram“ - “Neftçi”nin kapitanı üzr istədi

28 May 2024 00:40 Neftçi 1 543
“Neçə gündür yazmaq istəyirəm ki, utanıram“ - “Neftçi”nin kapitanı üzr istədi

“Neftçi”nin kapitanı Emin Mahmudov uğursuz mövsümə görə azarkeşlərdən üzr istəyib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə instaqram hesabında yazıb:

“Əziz “Neftçi” azarkeşləri, neçə gündür ki, sizə yazmaq istəyirəm. Ancaq indi özümdə güc və inam tapıb sizə səslənirəm.

Bilirəm ki, bu dəqiqə çox üzgünsünüz. Gözləntilərinizi qarşılaya bilmədik. İstədiyimizi, istədiyinizi verə bilmədik.

Bilməyinizi istəyirəm ki, nəinki son oyuna görə, ümumi mövsümə görə çox utanıram.

Sizlər bu nəticəyə layiq deyilsiniz. “Neftçi” ailəsinin kapitanı olaraq sizə bunları yaşatdığımıza görə üzr istəyirəm!”

“Neftçi” cari mövsümü 5-ci pillədə başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!