“Avrokuboklarda oynamaq istəyirdik.
Təəssüf ki, bu vəzifənin öhdəsindən gələ bilmədik, buna görə çox məyusuq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin hücumçusu Andre Şinyaşiki Premyer Liqanın son turunda “Sabah”ə 0:1 hesabı ilə uduzduqları oyun haqda deyib.
Braziliyalı azarkeşlərin adına məyus olduğunu bildirib:
“Bu uğursuzluğa görə klubun adına üzülürəm. Nəticəyə görə konkret səbəb göstərməkdə çətinlik çəkirəm.
Mən də avrokuboklarda oynamaq istəyirdim. Yaxşı heyətimiz, yaxşı məşqçilərimiz, yaxşı azarkeşlərimiz var. Təəssüf ki, istəyimizə çata bilmədik”.

