COP29

“Bilirəm ki, bu, onlara heç nə verməyəcək, yenə də üzr istəyirəm”

27 May 20:20 Neftçi 579
“Bilirəm ki, bu, onlara heç nə verməyəcək, yenə də üzr istəyirəm”

"Neftçi"nin yarımmüdafiəçisi Filip Ozobiç Premyer Liqanın 36-cı turunun "Sabah"la oyunu (0:1) haqda açıqlama verib.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı bildirib:

“Sadəcə, onu demək istəyirəm ki, azarkeşlərdən üzr istəyirəm. Bilirəm ki, bu, onlara heç nə verməyəcək.

Amma yenə də onlardan üzr istəyirəm. Bu futboldur, hər şey ola bilər.

Çox danışmaq istəmirəm. Ancaq azarkeşlərə üzrxahlığımı çatdırmaq istəyirəm”.

“Neftçi” Premyer Liqanın son turunda “Sabah”a 0:1 hesabı ilə məğlub olaraq mövsümü 5-ci yerdə başa vurub və avrokuboklardan kənarda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!