COP29

Aylıq qazancı dodaq uçuran vəzifəli şəxs “Neftçi”yə kimin xətti ilə gəlib?

27 May 20:40 Neftçi 3 465
Aylıq qazancı dodaq uçuran vəzifəli şəxs “Neftçi”yə kimin xətti ilə gəlib?

“Neftçi”nin hazırkı vəziyyətdə olmasının səbəblərindən biri kimi kluba idman direktoru qismində Yens Anderssonun cəlb olunması göstərilir.

İsveçli mütəxəssis akademiya və əsas komanda ilə bağlı suallara birbaşa cavabdehlik daşıyır.

Skandinavlı funksioner baş məşqçi və futbolçuların müqavilə bağlamasında əsas söz sahibidir.

Belə deyək, Anderssonun razılığı olmalıdır ki, hansısa oyunçu yeni sözləşməyə imza atsın və ya kənardan gələn komandaya cəlb olunsun. “Neftçi”dəki əsas söz sahibləri ona hər cür səlahiyyət verib.

Bəs aylıq maaşının 60 min dollar təşkil etdiyi söylənilən bu adam Azərbaycanda necə payda olub? Kimin xətti ilə gəlib?

Redaksiyamıza daxil olan məlumata görə, peşəkarlaşmaq yönündə ciddi addımlar atmağı düşünən rəhbərlik yayda əcnəbi funksioner sevdasına düşüb.

Belədə Avropanın tanınmış agent şirkətləri ilə təmasa başlanılıb. Siyahıda idarəçi qismində bir neçə namizədin adı olsa da, üstünlük məhz Anderssona verilib.

Niyə, hansı səbəbdən – bunu demək çətindir.

İnformasiyanı dəqiqləşdirmək üçün klubun mətbuat katibi Emin Əfəndi ilə əlaqə saxladıq. Klub rəsmisi sualı eşidəndən sonra geridönüş edəcəyini bildirsə də, cavab almaq müşkülə çevrildi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"