COP29

"Neftçi" rəhbərliyinin yeni era planı

27 May 16:40 Neftçi 3 358
"Neftçi" rəhbərliyinin yeni era planı

Son bir ayda "Neftçi"nin sosial media səhifələrində loqo ilə bağlı müxtəlif videolar yer almaqdadır.

Klubun indiyə qədərki emblemlərinin təqdim edildiyi görüntülərdə "ağ-qaralar"ın geridə qalan illərdə qazanılan uğurları ön plana çəkilir, tarixi hadisələr diqqətə çatdırılır.

Sən demə, bu, boşuna deyil.

"Neftçi"yə yaxın mənbədən aldığımız məlumata görə, klub rəhbərliyi sonuncu dəfə 2004-cü ildə yenilənən loqonu dəyişmək istəyir.

Məqsəd bakılıların yeni eraya qədəm qoyduğunu göstərmək, gələcəkdə qazanılacaq uğurları məhz yeni loqonun, yəni yeni rəhbərliyin adı ilə bağlamaqdır.

Dünənə qədər plan belə idi. "Sabah"la oyundakı məğlubiyyətdən və klubdakı mümkün dəyişikliklərdən sonra necə olacağı sual altındadır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"