
Azərbaycan Premyer Liqasında 2024/25 mövsümü başa çatdı.
5-ci pilləni tutan "Neftçi" avrokuboklardan kənarda qaldı.
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Qəbələ" üzərində qələbə qazandıqları (1:0) matçdan sonra Sportinfo.az-ın əməkdaşının verdiyi suala cavab olaraq sabiq komandasının düşdüyü durumu şərh edib.
"Ağ qaralar"a uzun illərdən sonra ölkə çempionluğunu qazandırmış təcrübəli mütəxəssis ilk dəfə paytaxt klubundan ayrılarkən o zamankı İdman direktoru Zaur Əzizovdan hansı sözləri eşitdiyini ictimaiyyətə açıqlayıb.
Abasovun fikirlərini aşağıdakı linkdə izləyə bilərsiniz: