COP29

Media əhlinə hörmətsizlik - "Neftçi"nin oyunundan FOTOLAR

26 May 23:45 Neftçi 784
Media əhlinə hörmətsizlik - "Neftçi"nin oyunundan FOTOLAR

"Neftçi" Premyer Liqanın son turu çərçivəsində doğma meydanda "Sabah"ı qəbul edib (0:1).

Azarkeşlər kimi, media mənsublarının oyuna marağı ən yüksək səviyyədə olub.

Təəssüf ki, "Neftçi Arena" rəhbərliyi qonaqlara eyni diqqəti göstərməkdə çətinlik çəkib.

Şəkillərdə gördüyünüz oturacaqlar məhz bu oyundan çəkilib. Jurnalistlərə üstü palçıq və ayaqqabı izləri ilə zəngin olan oturacaqlarda əyləşmək təklif olunub.

Bir qisim matçı 90 dəqiqə ayaq üstə izləyibsə, digərləri təmizlik işi üçün cib dəsmalından və oyun protokolu kağızından yararlanıb.

Məşqçi və futbolçulara milyonlar xərcləyən klubun rəsmilərinin stadion rəhbərliyinə söz demək cəsarəti və ya xadimələrə ayıracaq imkanı yoxdursa, desinlər, növbəti mövsümdə "Neftçi"nin ev oyunları üçün xüsusi şalvar alaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"