COP29

"Neftçi"dən açıq mesaj var - "Ardı gələcək": FOTOLAR

26 May 22:55 Neftçi 2 019
"Neftçi"dən açıq mesaj var - "Ardı gələcək": FOTOLAR

“Neftçi” 2023/24 mövsümünü uğursuzluqla başa vurdu.

Ölkə kubokunda “Qarabağ”dan iki oyunun cəmində 8 qol buraxaraq biabırçı şəkildə mübarizəni dayandıran “ağ qaralar” Premyer Liqanı da eyni biabırçılıqla 5-ci pillədə başa vuraraq avrokuboklara belə gedə bilmədi.

Əsas komandanın fiaskosu fonunda tərəfdarlara əvəzedici komandanın uğuru böyük təsəlli oldu.

Mövsümü qızıl medalla başa vuran “Neftçi-2” kollektivi medallarına tərəfdarların böyük coşqusu önündə qovuşdu.

“Neftçi”nin gələcəyi hesab olunan bu gənclər bəlkə A komandasını yaxın dönəmdə yaşadığı rəzalətdən xilas edər.

Çünki onlarda bu ruh, istək var.

Milyonların axıdıldığı əcnəbilərdən fərqli olaraq həmin uşaqlar hansı formanı geyindiklərini fərqindədirlər.

“Neftçi-2”nin ən istedadlı üzvlərindən biri sayılan Aslan Şirinovun çempionluq paylaşımı da buna əsaslı ümid yaradır.

19 yaşlı müdafiəçi öz sosial şəbəkə hesabında paylaşdığı postda çempionluq sevincini dilə gətirib və gələcəklə bağlı fanatlara vəd verməyi də unutmayıb:

“Karyeramin ən xoş günlərindən biridir. Buralara gəlib çatmaq üçün çox çalışdıq, çox əziyyətlər çəkdik.

Sonda bizi nəyin gözlədiyini bilirdik. Hədəfimiz, məqsədimiz eyni idi - yekunda bu kuboku başımız üstə qaldırmaq.

Şükür Allaha ki, bunun öhdəsindən gəlməyi bacardıq. İnşAllah, ardı əsas komanda ilə gələr”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"