COP29

"Neftçi"də TƏCİLİ İCLAS - Yeni rəhbər, yeni baş məşqçi və…

26 May 14:00 Neftçi 10 084
"Neftçi"də TƏCİLİ İCLAS - Yeni rəhbər, yeni baş məşqçi və…

«Neftçi»nin Müşahidə Şurası ən qısa tarixdə bir araya gələcək.

Toplantı bu gün də keçirilə bilər, önümüzdəki 2-3 gün ərzində də.

Böyük ehtimalla, iclas iyuna qalmayacaq. Niyə qalsın, gündəlikdə o qədər məsələ/problem var ki…

Şuranın yeni sədrinin kimliyi artıq məlumdur. Saytımız həmin şəxsin kimliyini dünən eksklüziv olaraq ictimaiyyətə açıqlayıb.

Murad Heydərov Rövşən Nəcəfdən boşalan posta gətirilib. Onun iştirakıyla keçiriləcək tədbirdə baş məşqçi postuna namizədlərin siyahısı nəzərdən keçiriləcək.

Düzdür, Miodraq Bojoviçlə yolların ayrılması az öncə açıqlanıb, ancaq məlumunuz olsun ki, bakılılar alternativ axtarışına çoxdan çıxıb.

«Bu vəzifəyə kimi gətirə bilərik» sualı ətrafında müzaki rələr təqribən 2 ay öncə başlayıb. Ona görə də şuranın növbəti toplantısında konkret adların masaya yatırılacağı dəqiqdir.

Mümkün namizədlər arasında yeganə yerli Rəşad Sadıqovdur. «Zirə» 4 ildir sükanı arxasında dayanan məşqçi ilə vidalaşmaq istəməsə, gözlər ölkə xaricinə dikiləcək.

Aprelin 2-də AFFA-nın prezidenti seçilmiş R.Nəcəfi əvəzləyəcək M.Heydərov 2023-cü ilin aprelində SOCAR-ın Bolqarıstanda yeni açılmış ofisinə rəhbər təyin olunub.

“SOCAR Balkan” şirkətinin icraçı direktoru vəzifəsini yerinə yetirən M.Heydərov bir müddət SOCAR-ın prezidenti Rövnəq Abdullayevin müşaviri postunu tutub.

O, həmçinin TAP konsorsiumunun Direktorlar Şurasının sədri işləyib.

«Neftçi»nin yeni patronunun futbola bağlılığı da var. 2016-cı ildə AFFA-nın nəzdində Apellyasiya Arbitraj Tribunalının üzvü kimi fəaliyyət göstərib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"