COP29

"Neftçi" ona uğursuzluq gətirən baş məşqçini qovdu

26 May 11:55 Neftçi 2 139
"Neftçi" ona uğursuzluq gətirən baş məşqçini qovdu

"Neftçi" Miodraq Bojoviçlə bağlı qərarını verib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi monteneqrolu mütəxəssislə yollarını ayırıb.

Onunla başa çatan müqavilə yenilənməyib. "Neftçi" Bojoviçə təşəkker edib və gələcək karyerasında uğurlar arzulayıb.

O, ötən ilin dekabrında Adrian Mutunun gedişindən sonra "Neftçi"də baş məşqçi postuna dəvət edilmişdi.

"Neftçi" bu dönəmdə Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ"a uduzub (0:4,0:1), Premyer Liqada isə beşinci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!