COP29

"Neftçi"nin baş məşqçisi: “Bəli, günahkaram, amma yeganə günahkar mən deyiləm”

25 May 22:10 Neftçi 849
"Neftçi"nin baş məşqçisi:  “Bəli, günahkaram, amma yeganə günahkar mən deyiləm”

Sportinfo.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç 36-cı turun "Sabah"la oyunundan (0:1) sonra keçirilmiş mətbuat konfransında sualları cavablandırıb.

- "Sabah" oyuna daha yaxşı başladı. 30-cu dəqiqəyə qədər topa nəzarət edirdilər. Bizim də qol vurmaq üçün 2 qol epizodumuz oldu. Oyunu bərabərləşdirə bilmişdik. İkinci hissədə həm onlarda, həm də bizdə qol şansları var idi. Təəssüf ki, onlar qol vurmağa nail oldular və qalib gəldilər.

- Necə düşünürsüz, analizlərdən danışmaq artıq gec deyil?

- Nə edə bilərəm? Mövsüm barədə danışırıqsa, deyə bilərik ki, uğursuzuq. "Neftçi" liqanı 5-ci yerdədirsə, demək ki, uğursuzluq var.

- Gələcək haqda planlarınız nədir? Bu komanda ilə nə edə bilərsiz?

- Bu suala cavab verə bilmərəm. Sadəcə bir az gözləmək lazımdır.

- Qarşınıza ikinci yeri tutmaq, kuboku qazanmaq məqsədi qoyulmuşdu. Amma heç nə edə bilmədiz. Tarixi klubu bu hala saldığınız üçün utanırsız?

- Nəticəyə görə məsuliyyət daşıyıram. Çempionatın ikinci hissəsində 29 xal qazanmışdıq. Mövsümün əvvəlində xal qazanmaq, liqanın ikinci yarısında qazanmaqdan daha asandır. Hər bir komandada uğursuzluq olur. Bəli, uğursuz olduq, günahkaram. Amma yeganə günahkar mən deyiləm.

- Hiss olunurdu ki, bir xal üçün oynayırsız. Yenidən oyuna başlamalı olsaydız, fərqli taktika seçərdiz?

- Biz bir xal üçün oynamırdıq. Bilirdik ki, "Sabah" əks-hücumlara yaxşı çıxır. Özümüz üçün boş sahələr axtarırdıq. Qol vursaydıq, qalib gələ bilərdik. Amma "Sabah"ın qapıçısı onları xilas etdi. Hakimə bildirdik ki, əvəzetməni hazırlamışıq, buna icazə vermədi.

- "Qarabağ"la görüşdən sonra mənə kiçik jurnalist demişdiz. "Neftçi" beşinci yeri tutdu, avrokuboklara yollana bilmədiz. Bu uğursuzuluğun fonunda özünüzü kiçik məşqçi hesab edirsiz, yoxsa böyük məşqçi?

- Boyum 1,96-dır. Hətta kiçik demək istəsəm də, boyum uzundur.

- Oyundan öncə "Neftçi"nin qadınlardan ibarət komandası və əvəzedicilər heyəti çempionluğu bayram edirdi. Bu, komandaya motivasiya verə bilmədi? Ola bilər ki, öz komandanızı oyuna yaxşı kökləyə bilmədiz?

- Qalib gələn komandalarımızı təbrik edirəm. Oyunçularım onsuzda motivasiyalıdır. Amma alınmadı.

- "Forza Neftçi" bir müddət əvvəl yenidən tribunalara qayıtdılar. Onların könlünü necə ala bilərsiz?

- İndi heç nə edə bilmərik. Yeni sezon klub daha yaxşı təşkilatlanmalıdır ki, Azərbaycan çempionatındakı əvvəlki roluna yenə qayıtmalıdır. Son matçda bizə dəstək olduqları üçün təşəkkür edirəm. Bu gün futbol atmosferi var idi.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 20:10 Çək və bizə göndər!
18 İyun 11:30 Gərək belə olsun…