COP29

“Neftçi”nin adı gəldi, çağırış və tələb etdilər - ANŞLAQ!

25 May 18:20 Neftçi 2 336
“Neftçi”nin adı gəldi, çağırış və tələb etdilər - ANŞLAQ!

Mövsümün sonuncu turunun ən səs-küylü qarşılaşması “Neftçi Arena”da baş tutacaq.

“Neftçi” gümüş medallara sahib olaraq avrokuboklara vəsiqə qazanmaq yolunda “Sabah”ı qəbul edəcək.

Oyuna maraq gözləniləndən qat-qat artıqdır. Hər iki komandanın azarkeşləri, üstəgəl, sıravi futbolsevərlər prinsipial matçı canlı izləmək həvəsindədir.

“Ağ-qaralar”ın əsas gücü hesab olunan “Forza Neftçi” sosial şəbəkə vasitəsi ilə oyunla bağlı çağırış edib:

“Növbəti uğursuz mövsümün son qarşılaşmasında bizimlə birgə komandanı dəstəkləmək istəyənlər biletlərini 1A sektoruna alsın. Qara üst geyimlərindən və şərflərdən istifadə etməyiniz tələb olunur.

“Neftçi-2”yə çempionluq kubokunun təqdimatı mərasimi səbəbilə stadiona bir qədər tez gəlməyiniz tövsiyə olunur”.

Oyuna marağı və bilet satışındakı fəallığı nəzərə alsaq, stadionda azı 6-7 min azarkeşin olacağı ehtimal olunur.

Bu gün keçiriləcək “Neftçi” – “Sabah” görüşü saat 19:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"