COP29

“Neftçi” – “Sabah”: Bu gün hansı komanda “yas tutacaq”?

25 May 16:40 Neftçi 674
“Neftçi” – “Sabah”: Bu gün hansı komanda “yas tutacaq”?

Mayın 25-də 2024/25 mövsümündə Azərbaycanı Avropa Liqasında və Konfrans Liqasında təmsil edən komandaların adlarına aydınlıq gələcək.

“Neftçi”, “Zirə”, “Sabah” və “Sumqayıt”ın mübarizəsindən biri məğlub ayrılacaq ki, həmin komandanın üzvləri avrokubok sezonunu kənardan izləyəcək.

“Neftçi” 56 xalla 2-ci, “Zirə”ylə “Sabah” hərəsinə 55 xalla 3-4-cü, “Sumqayıt” 54 xalla 5-ci pillədə yer alıb.

“Ağ-qaralar” əsas rəqibi “Sabah”la qarşılaşacaqsa, “Zirə” “Səbail”i, “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək.

Rəqiblərin adlarına baxanda, zirəlilərlə sumqayıtlıların qələbə şansları yüksək qiymətləndirilir.

Hər iki komanda 3 xal hədəfinə çatacağı halda, “Neftçi” – “Sabah” matçının yekun nəticəsindən asılı olmayaraq avrokuboklara vəsiqəni təmin edəcəklər.

Əsas məsələyə gəlincə, turun mərkəzi qarşılaşmasında mümkün heç-heçə “Neftçi”ni sevindirəcək. Lakin bu, gümüş medalların əldən çıxmasına səbəb ola bilər. Qələbə əsas hədəfə çatmaq anlamına gələcək – gümüş medallar, üstəgəl Avropa Liqasına vəsiqə.

Yox, “ağ-qaralar” məğlub olsalar, “Zirə”ylə “Sumqayıt” qələbəyə sevinsələr, mövsümün şoku yaşanacaq – “Neftçi” avrokuboklardan kənarda qalacaq.

Odur ki, Miodraq Bojoviçin rəhbərlik etdiyi kollektiv “gümüş”ü bayram etmək istəyirsə, hər bir halda “Sabah”ı udmalıdır.

“Ağ-qaralar” məğlub olduqları halda avrokuboklara qatılmaq üçün “Sumqayıt”la “Zirə”dən birinin meydanı üzgün tərk etməsinə bel bağlamalıdır.

Mayın 25-də baş tutacaq oyunların hamısı saat 19:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!