COP29

"Neftçi"nin istədiyi istedad üçün YENİ MÜŞTƏRİ

22 May 14:40 Neftçi 3 505
"Neftçi"nin istədiyi istedad üçün YENİ MÜŞTƏRİ

"Neftçi"nin maraq dairəsində olan Şahin Şahniyarova daha bir müştəri çıxıb.

Belə ki, Premyer Liqanın digər iddialı klubu “Sabah” da “Qəbələ”nin gənc yarımmüdafiəçisini heyətinə qatmaq barədə düşünür.

19 yaşlılardan ibarət millimizin üzvü bu ildən əsas komandada çıxış etməyə başlayıb.

O, forma geyindiyi 4 Premyer Liqa matçında adından söz etdirməyi bacarıb.

Birinci Liqaya düşəcəyi an məsələsi olan "Qəbələ" yetirməsini müəyyən məbləğ qarşılığında satmaqda maraqlıdır.

Əgər danışıqlar uğurla yekunlaşsa, Şahin növbəti mövsümə "Neftçi" və ya “Sabah” klublarından birində başlayacaq.

Təbii ki, burada əsas rolu hansı klubun gənc istedada görə daha çox xərcə düşməyə hazır olması önəmli rol alacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti