COP29

Emin Mahmudova iki müştəri çıxdı - SON DƏQİQƏ

19 May 14:00 Neftçi 9 784
Emin Mahmudova iki müştəri çıxdı - SON DƏQİQƏ

Millinin və «Neftçi»nin kapitanı Emin Mahmudov Premyer Liqanın 2 klubunun transfer siyahısında yer alıb.

«Zirə» və «Sabah» yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Zədəli olduğu üçün son vaxtlar meydana çıxa bilməyən orta sahə oyunçusu ilə artıq təmas qurulub.

Emin 2017-ci ildən ağ-qara formanı geyinir. O, ötən ilin yayında paytaxt təmsilçisi ilə müqaviləsini 2+1 il müddətinə uzadıb.

Yığmanın lideri bununla «Neftçi»nin ən ödənişli futbolçusu statusuna yiyələnib. İllik qazancı 550 min dolların üstündə olması barədə məlumatlar var.

Potensial müştərilər arasında ona bu pulu verə biləcək az sayda klub var. «Sabah» Eminlə anlaşmağa daha yaxın kimi görünür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti