COP29

"Neftçi"nin müdafiəçisi: “Bizə qələbə lazım idi, bacardıq, risk etmək istəmədik”

19 May 13:35 Neftçi 667
"Neftçi"nin müdafiəçisi: “Bizə qələbə lazım idi, bacardıq, risk etmək istəmədik”

"Neftçi"nin müdafiəçisi Azər Salahlı Premyer Liqanın 35-ci turunda "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri oyun haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, təəssüratlarını bu cür bölüşüb:

“Bizə qələbə lazım idi. Oyuna çox ciddi hazırlaşmışdıq.

Turnir cədvəlində vəziyyəti bilirsiniz. Bizə nəticə lazım idi, bunu da bacardıq.

İlk hissəni ehtiyatlı oynadıq. Çünki risk etmək istəmədik.

İkinci hissədə isə vaxtın daraldığını görüb hücuma atıldıq. Bunun bəhrəsi olduğuna görə sevinirik. Qələbəyə görə sevincliyik”.

A. Salahlı birinci hissədə “Səbail”in daha hücum etməsinin səbəbini belə izah edib:

"Səbail"in istəkli göründüyünü deməzdim. Biz sadəcə risk etmirdik.

Çünki meydan amili də öz sözünü deyirdi. Süni ot örtüklü meydanda uzun müddətdir ki, oynamırdıq.

Ona görə ehtiyat edirdik. Meydana öyrəşəndən sonra tempi artırdıq və istədiyimizə nail olduq".

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"