COP29

“Başqa klubdan yaxşı təklif gəlsə...” – “Neftçi”nin hücumçusu

16 May 14:40 Neftçi 1 624
“Başqa klubdan yaxşı təklif gəlsə...” – “Neftçi”nin hücumçusu

“Neftçi”ylə müqaviləmin müddəti 2025-ci ilin yayına qədərdir.

Yaydan sonra burada qalıb-qalmayacağımı demək çətindir”.

“Ağ-qaralar”ın braziliyalı hücumçusu Andre Şinyaşiki Sportinfo.az-a açıqlamasında komandadakı gələcəyi barədə danışıb.

Mövsümün ilk yarısında ümidləri doğrultmayan, qışdan sonra özünə gələrək vurulan qollarda əsas pay sahiblərindən birinə çevrilən Şinyaşiki klub rəhbərliyinin qərarını gözləyir.

O, “Neftçi”də xoşbəxt olduğunu bildirsə də, ikibaşlı danışıb. Karyerasını ağ-qara formada davam etdirmək istəməsi ilə bağlı suala konkret cavab verməyib:

“Bu, mənim üçün çox çətin sualdır. Sabah nə olacağını bilmirik.

Bəlkə mövsüm başa çatan kimi lazım olmadığımı deyəcəklər. Ya da müqavilənin müddətini bir neçə il uzadacaqlar.

Ona görə də nəsə demək olmur. Gözləyək.

Öz qərarıma gəlincə, “Neftçi”də rahatam, xoşbəxtəm. Amma müqavilə mövzusunda çox danışmaq istəmirəm.

Bəzən işlər planlaşdırmadığın kimi gedir. Başqa klubdan çox yaxşı təklif gəlsə, nə edə bilərəm?”

26 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 31 oyunda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"