"Qarabağ" - Azərbaycan derbisinin PADŞAHI - VİDEO+FOTOREPORTAJ

4 Mart 2024 00:30 Neftçi 588
"Qarabağ" - Azərbaycan derbisinin PADŞAHI - VİDEO+FOTOREPORTAJ

Premyer Liqanın XXV turu Azərbaycan derbisi ilə başa çatıb.

Sportinfo.az xəbər verir ki, "Neftçi" doğma azarkeşləri önündə "Qarabağ"la üz-üzə gəlib.

"Neftçi Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:1. Qonaqların heyətində 47-ci dəqiqədə Nəriman Axundzadə, 60-cı dəqiqədə penaltidən Toral Bayramov fərqləniblər.

"Ağ-qaralar"da Filip Ozobiç 71-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 90+3-cü dəqiqədə Toral Bayramov növbəti dəfə meydan sahiblərini məyus edib.

90+7-ci dəqiqədə isə Leandro Andrade matçda son nöqtəni qoyub.

Bu nəticədən sonra xallarının sayını 60-a çatdıran "Qarabağ" liderliyini daha da möhkəmləndirib. Paytaxt klubu 36 xalla üçüncüdür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti