“Neftçi”nin 3 futbolçusu “Qarabağ”la matça çıxmayacaq

2 Mart 2024 23:20 Neftçi 1 078
“Neftçi”nin 3 futbolçusu “Qarabağ”la matça çıxmayacaq

“Neftçi”nin 3 futbolçusu Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”la keçiriləcək oyunu buraxacaq.

Sportinfo.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, fərdi olaraq hazırlıq keçən müdafiəçi Azər Əliyev fizioterapiya prosesindədir.

Qapıçı Emil Balayev, eləcə də Fələstin millisində olarkən zədələnən yarımmüdafiəçi Ataa Caber bərpa və müalicə mərhələsini davam etdirirlər.

Martın 3-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” görüşü saat 19:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...