“Neftçi”dən ayrılacağı deyilən milli oyunçu konkret ad çəkdi: “Ondan soruşun”

2 Mart 21:20 Neftçi 2 496
“Neftçi”dən ayrılacağı deyilən milli oyunçu konkret ad çəkdi: “Ondan soruşun”

Mövsümün sonunda “Neftçi”ylə müqaviləsi başa çatacaq futbolçulardan biri Eddi İsrafilovdur.

Azərbaycan millisinin də şərəfini qoruyan yarımmüdafiəçi 2022-ci ilin yanvarında “ağ-qaralar”la 2,5 illik anlaşmışdı ki, nəzərdə tutulan müddət iyuna qədərdir.

Eddiyə “Neftçi”də qalmaq təklif olunsa da, əldə etdiyimiz məlumata görə futbolçu uzun müddətli müqavilə və maaşının artırılmasını istəyir.

Səbəbkar Sportinfo.az-a açıqlamasında “Neftçi”də özünü xoşbəxt hiss etdiyini deyərək, son qərarın özünə yox, klubun idman direktoruna məxsus olduğunu gizlətməyib:

“Müqaviləmin sonuncu gününə qədər “Neftçi”də olacam. Bunu yaxşı olar ki, klubun idman direktoru Yensdən soruşasınız (Yens Anderssonu nəzərdə tutur – H.).

Çünki kimlərin qalıb, kimlərin gedəcəyinə dair qərarı verən odur. “Neftçi”də xoşbəxtəm, azarkeşlərlə qarşılıqlı sevgimiz var.

Hər zaman məni dəstəkləyirlər, sağ olsunlar. Digər tərəfdən, “Neftçi” kimi köklü klubun bir parçası olmaq mənim üçün şərəfdir".

31 yaşlı futbolçu “Neftçi” formasında meydana çıxdığı 60 oyunda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb

.HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"