“Neftçi”nin əlinə düşən əla imkan!

2 Mart 20:00 Neftçi 3 149
“Neftçi”nin əlinə düşən əla imkan!

Ölkə futbolu ilə yaxından maraqlanan hər kəs martın 3-nü səbrsizliklə gözləyir.

Bazar günü gümüş medalları hədəfləyən “Neftçi” prinsipial oyunda bir ayağı Avropa Liqasında olan “Qarabağ”ı qəbul edəcək.

Rusiya kubokunu qazanan, Serbiya çempionu olan Miodraq Bojoviçin azərbaycanlı balası Qurban Qurbanovla dueldən hansı əhval-ruhiyyə ilə ayrılacağını 90 dəqiqənin tamamı göstərəcək.

Bu, oyunu 3 xalla başa vurmaq baxımından “ağ-qaralar”ın əlinə düşən ən gözəl fürsətdir. Bəlkə də bundan sonra bu cür şans yaranmayacaq.

Komandanın “vuran ayağı”, çempionatın bombardiri Olavio Juninyo “Qəbələ”ylə matçda aldığı zədənin müalicəsi ilə məşğuldur. Derbidə meydana çıxmayacağı böyük ölçüdə dəqiqələşib. Meydana çıxsa belə, bu, irəliləyən dəqiqələrdə baş verə bilər.

Müdafiə xəttinin dirəyi Kevin Medina kollektivlə çalışmalara başlayıb. Fiziki durumu “Neftçi”yə qarşı oynamamaq ehtimalını çoxaldır. Qurbanov “Tank” ləqəbli futbolçuya görə çətin riskə getsin.

Və ən vacib məqam. “Qarabağ” “Neftçi”ylə qarşılaşmadan 4 gün sonra Bakıda “Bayer Leverkuzen”i qəbul edəcək.

Futboldan anlayışsız adamdan hansı oyunun vacibliyini soruşsan, təbii ki, almanlarla görüşün əhəmiyyətini deyəcək.

Odur ki, Qurban Qurbanovun Avropa Liqasında önəmli matçlar öncəsi bütün kartlarını açacağına və əsas heyət üzvlərinin hamısına şans verəcəyinə ümid etməyə dəyməz.

Bir sözlə, doğma meydanda və öz azarkeşlərinin gözləri qarşısında oynayacaq “Neftçi”nin əlinə əla fürsət düşüb.

Əzəli və əbədi rəqibi məğlub edib, həm turnir cədvəlindəki durumu, həm də komandadakı psixoloji vəziyyəti qaydasına salmaq üçün bundan yaxşı imkan olmayacaq.

Martın 3-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 19.00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"