"Neftçi"nin legioneri: "Azərbaycanın ən yaxşı klubunda oynayıram"

2 Mart 03:00 Neftçi 590
"Neftçi"nin legioneri: "Azərbaycanın ən yaxşı klubunda oynayıram"

"Burada kifayət qədər vaxt keçirmişəm.

Azərbaycanın ən yaxşı klubunda oynayıram".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Kilan Lebon mətbuat konfransında deyib.

26 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"da böyük nailiyyətlər qazanmaq istədiyini bildirib: "Burada yetərincə təzyiq olduğunu hiss edirik".

Sent-Martin millisinin formasını geyinən oyunçu ölkəmiz barədə danışıb:

"Bura gələndə Azərbaycan haqqında məlumatım yox idi. Amma həmişə dostlarıma sizin qonaqpərvər olduğunuzu deyirəm.

Məni evlərinə dəvət edənlər də olub. Bu yaxınlarda Qusara da getmişdim.

İnanılmaz mənzərə və gözəl dağların şahidi oldum. Yeməklərinizin adlarını bilmirəm, amma bəyənirəm".

Lebon öz çıxışına da toxunub:

"Qolların sayı az olsa da, məhsuldar ötürmə çoxdur. Mövsümün sonuna kimi 6 qol vura bilərəm. Formadayam, özümü yaxşı hiss edirəm".

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"