
Sportinfo.az xəbər verir ki, "Neftçi"nin yarımmüdafiəçisi Kilian Lebon Misli Premyer Liqasının 25-ci turunda "Qarabağ"la keçirəcəkləri oyun haqda fikirlərini bildirib.
Fransalı deyib ki, Ağdam klubu ilə görüşdə istədikləri nəticəni qazanacaqlarına inanır:
"Hər kəs bilir ki, çox ağır oyun olacaq. Bu, komandalar arasında xüsusi oyun kimi qəbul olunur.
Bu matça qalib gəlib, 3 xal qazanmaq üçün çıxacağıq. Heyətimizdə bacarıqlı futbolçular var ki, buna görə istəyimizə çatacağımıza inanıram".
Martın 3-də keçiriləcək "Neftçi" - "Qarabağ" matçı saat 19:00-da başlayacaq.