“Neftçi”lidən cəsarətli açıqlama: “Komandanı yerli məşqçi çalışdırmalıdır”

29 Fevral 20:40 Neftçi 1 434
“Neftçi”lidən cəsarətli açıqlama: “Komandanı yerli məşqçi çalışdırmalıdır”

Azərbaycan millisi başsız qalıb.

Canni de Byazinin istefasından sonra baş məşqçi postu faktiki vakantdır.

AFFA İcraiyyə Komitəsi yeni baş məşqçinin seçimi və təyinatı ilə bağlı İşçi Qrupu yaradıb ki, bu məsələdə hələ ki yenilik yoxdur.

Yığmamız martda yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq. O vaxta qədər isə AFFA-da Hesabat-Seçki Konfransı keçirilməsi, qurumun yeni prezidentinin adına aydınlıq gəlməlidir.

Təbii ki, baş məşqçinin kimliyi də bilinməlidir.

Müzakirə olunan mövzulardan biri ölkənin bir nömrəli futbol komandasının yerli, yoxsa əcnəbi mütəxəssisə tapşırılacağıdır. İllərdir legioner mütəxəssislərin bacarığına bel bağlasaq da, milli bundan fayda görməyib.

“Neftçi”nin və Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov məlum mövzu ilə bağlı Sportinfo.az-a danışarkən maraqlı açıqlama ilə diqqət çəkib.

Əksər futbolçular bu suala konkret cavab verməkdə ehtiyat etsələr də, təcrübəli yarımmüdafiəçi yerli çalışdırıcının tərəfdarı olduğunu bildirib:

“Qərarı AFFA rəhbərliyi verəcək. Bizim işimiz baş məşqçinin kimliyindən asılı olmayaraq meydana çıxdığımız hər oyunda meydanda can qoymaq, millinin uğur qazanması üçün əlimizdən gələni etməkdir.

Şəxsi fikrimi bilmək istəyirsinizsə, mən yerli məşqçinin tərəfdarıyam. Yerli mütəxəssis azərbaycanlı futbolçuların nəyə qadir olduğunu yaxşı bilir.

Üstəlik, çempionatı yaxından izləyir, baş verənlərdən xəbərdar olur. Əcnəbi məşqçi uyğunlaşana, tanıyana, öyrənənə kimi vaxt itirir”.

Eddi İsrafilov 2015-ci ildən bu yana formasını geyindiyi Azərbaycan millisində 24 oyunda meydana çıxıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"