"Neftçi"nin əcnəbi futbolçusuna kimin nə sualı var?

29 Fevral 12:40 Neftçi 395
"Neftçi"nin əcnəbi futbolçusuna kimin nə sualı var?

"Neftçi"nin legioneri Kilan Lebonun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Sportinfo.az xəbər verir ki, bu gün saat 14:00-da “Neftçi Arena”da keçiriləcək tədbirdə yarımmüdafiəçi media nümayəndələrinin suallarını cavablandıracaq.

2023-cü ilin yanvarında “Neftçi”yə transfer olunmuş Lebon bunadək Fransanın “Amyen-2” (2014-2016), “Paris-2” (2016-2018), “Şambli” (2017-2018), “Paris” (2018-2020), “Qazelek Ayaçço” (2019-2020), “Kretey” (2020), Hollandiyanın “Utrext-2” (2019), Bolqarıstanın “Beroe” (2020-2022) və Qazaxıstanın “Astana” (2022) klublarında çıxış edib.

O, Sent Martin milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"