COP29

“Neftçi”nin baş icraçı direktoru ruslara nə dedi?

28 Fevral 19:20 Neftçi 970
“Neftçi”nin baş icraçı direktoru ruslara nə dedi?

“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov Moskva “Spartak”ı ilə Bakıda keçiriləcək yoldaşlıq oyunu ilə bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, "Match TV"yə açıqlamasında deyib ki, görüş futbolçular və azarkeşlər arasında böyük maraq yaradacaq:

“Ölkələrinin flaqmanı sayılan klublar arasındakı tarixi rəqabət bu görüşü daha da vacib edir.

İnanıram ki, qarşılaşma yoldaşlıq oyunu olsa da, yenə də futbolçular və azarkeşlər arasında böyük maraq yaradacaq, həm də xoş xatirələr buraxacaq”.

"Neftçi" - "Spartak" matçı martın 23-də "Neftçi Arena"da keçiriləcək. Komandalar arasında ötən ilin iyulunda Moskvada oynanılan yoldaşlıq matçında "Spartak" qalib gəlib - 2:0.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"