Bu etiraf “Neftçi”dən gəldi: “Realistəm, “qızıl”dan danışmıram, istəsək də, mümkün deyil”

27 Fevral 2024 21:00 Neftçi 834
Bu etiraf “Neftçi”dən gəldi: “Realistəm, “qızıl”dan danışmıram, istəsək də, mümkün deyil”

“Qarabağ”ın təcrübəsini və gücünü nəzərə alsaq, mövsümün ikinci sırada başa vurmaq şəxsən ən böyük istəyim və məqsədimdir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin braziliyalı müdafiəçi Yuri Matias deyib.

Cənubi amerikalı legioner “azarkeşlər mövsümün sonunda sizdən gümüş medal gözləsinmi” sualına cavabında bunları söyləyib:

“Realist adamam, ona görə də “qızıl”dan danışmaq istəmirəm. İstəsək də, bu, mümkün deyil.

Amma ən azından ikinci yeri tutacağımıza inanıram. Bu, bizim etməli olduğumuz işdir.

Mövsümün başa çatmasına hələ çox vaxt var. Sizi inandırım ki, yaxşı oyunlarımız hələ qabaqdadır”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar