Titul da Bojoviçi "Neftçi"də saxlamaya bilər - TUTARLI SƏBƏB

29 Fevral 13:00 Neftçi 2 239
Titul da Bojoviçi "Neftçi"də saxlamaya bilər - TUTARLI SƏBƏB

Miodraq Bojoviçin "Neftçi"nin baş məşqçi postundakı ömrü yenicə üçüncü ayına qədəm qoydu.

Monteneqrolunun təyinatından az sonra klubun baş icraçı direktoru Fərrux Mahmudov mətbuat önünə çıxaraq yeni çalışdırıcının qarşısına qoyulan hədəfləri hər kəsə duyurmuşdu.

O, açıq şəkildə bəyan etmişdi ki, əcnəbi mütəxəssisdən tələbimiz ölkə kubokunu qazanmaq və minimum ikinci yeri tutmaqdır.

Təbii ki, əsas proritet ölkə kuboku olmalıdır. Çünki mövsümü titulla başa vurmağın yeganə yolu budur.

Minimum ikincilik hədəfi isə abıra sığınıb, gözdən pərdə asmaq üçün deyilən fikirdən başqa bir şey deyil.

Deyəsən, Bojoviç fərqli düşünür. Hər halda, Tovuzda verdiyi açıqlama belə deməyə əsas verir.

Sitat: "Qarşımıza ikinci yeri tutmaq hədəfi qoyulub. Hər şey istədiyimiz kimi getsə, bu heyətlə hədəfə çata bilərik".

Bəs ölkə kuboku?

Təcrübəli mütəxəssis ya unutqanlıq edir, ya da indidən azarkeşləri, rəhbərliyi yalnız ikincilik havasına hazırlaşdırmağın məşqlərini.

Amma əmin olsun ki, belə oyunla ölkə kubokundakı qızıl da onu postunda saxlamaya bilər.

O ki qalmışdı gümüşlə canını qurtarmış olsun.

Məncə, ümumiyyətlə Bojoviç hədəflər haqqında danışmağın başını buraxıb, meydandakı oyunu düzəltmək barədə ciddi-ciddi düşünsə daha yaxşı olar.

Əks halda, rəhbərlik indidən yeni məşqçi axtarışına çıxsa, heç təəccüblənmərəm.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"