“Neftçi”dən rəhbərlik səviyyəsində “Qarabağ”a edilən zəng - XOŞ JEST!

25 Fevral 16:05 Neftçi 3 490
“Neftçi”dən rəhbərlik səviyyəsində “Qarabağ”a edilən zəng - XOŞ JEST!

“Qarabağ” Bakıda “Braqa”ya məğlub olmasına baxmayaraq, iki oyunun nəticəsinə görə Avropa Liqasının 1/8 final mərhələsinə adladı.

Ölkə futbolu tarixinə ilk kimi düşən hadisə azərbaycanlılar tərəfindən rəğbətlə qarşılandı.

“Qarabağ”ın şəninə xoş sözlər səsləndirildi, Qurban Qurbanov və rəhbərlik etdiyi kollektiv ən xoş sözlərə layiq görüldü.

Premyer Liqada mübarizə aparan komandalar da çempionatdakı rəqiblərini Avropadakı uğur münasibəti ilə sosial şəbəkə hesablarında təbrik etdi. Bir tək “köhlən atlar”ın əzəli rəqibi “Neftçi”dən başqa.

Sözsüz, heç bir klub təbrik yazmaq məcburiyyətində deyil. Bu, sadəcə, centlmensayağı addımdır, bir növ mənəvi borcdur.

Əldə etdiyimiz bilgiyə görə, “Neftçi” çempionatdakı əsas rəqibini diqqətdən kənarda qoymayıb. Lakin bu, sosial şəbəkə vasitəsi ilə yox, rəhbərlik səviyyəsində olub.

“Ağ-qartalar”ın əsas adamları “Qarabağ” rəhbərliyinə zəng edərək rəqibini “Braqa” səddinin keçilməsi münasibəti ilə təbrik edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"