Bojoviç kimdən və niyə şübhələnir, nədən qorxur?

25 Fevral 09:50 Neftçi 1 497
Bojoviç kimdən və niyə şübhələnir, nədən qorxur?

Miodraq Bojoviçin «Neftçi» azarkeşindən istədiyi möhlətin müddəti bitdi.

Komandanı ayağa qaldırmaqdan ötrü 6 həftəyə ehtiyacının olduğunu demişdi, düzdür?

Limit kartının təslim sürəci Tovuzda tamam oldu. Çox o yan-bu yana boylanmaza dəyməz, 6 həftədən sonrakı «Neftçi» ürəklərə su səpmədi.

Ötən tur «Zirə» üzərində qazanılan mübahisəli qələbənin ardını gətirə bilmədilər.

Bojoviçin komandası bu qərb rayonunda boz təsir bağışladı. Görüntülər, təəssüf ki, yenə ağ və qara rənglərdən ibarətdir.

Bu, hansı mənaya gəlir? Dekabrda sükanı Adrian Mutudan təhvil almış monteneqrolunun «yüngül saqqal» olmasına, əlbət ki!

Onun taktikası sırf nəticə əldə etmək üstündə qurulub. Təkəm-seyrək hücumlar quruculuqdan uzaqdır.

İxtiyarında Emin Mahmudov kimi drijor olan baş məşqçi ondan yararlanmağı bacarmırsa, getsin özünə başqa peşə tapsın.

Bojoviçin «Neftçi»yə dominant futbol oynatmaq niyyəti nəzərə çarmır. Çün o, futbolçularına inanmır.

Mən onda sərəncamındakılara münasibətdə bir etimadsızlığını hiss edirəm. Nədən bu qənaətə gəlib, o da mənə maraqlıdır.

Bilmirəm kimdən, nədən şübhəyə düşüb, lakin artıq şübhə eləmirəm ki, «Neftçi» azarkeşi 1-2 həftəyə etiraz səsini ucaldacaq, yenə stadonu «istefa» şüarları bürüyəcək.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"