“Neftçi”nin önünə çıxmış alman: “Bu il məqsədimiz liqada qalmaqdır”

24 Fevral 2024 23:40 Neftçi 892
“Neftçi”nin önünə çıxmış alman: “Bu il məqsədimiz liqada qalmaqdır”

“Bu il məqsədimiz liqada qalmaqdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Valdhof Mannheym”in baş məşqçisi Rüdiger Rehm deyib.

Qış toplanışı zamanı Anyalyada keçirilən yoxlama görüşündə “Neftçi”yə 3:0 hesabıyla qalib gəlmiş Almaniyanın 3-cü Bundesliqa təmsilçisinin çalışdırıçısı hazırda hədəflərinin elə də böyük olmadığını bildirib:

“Komandamızda oturuşmuş heyət var. Bir-birini gözüyumulu başa düşürlər.

Amma onların əksəriyyəti klubun öz yetirmələri deyil. Əksinə, komandada ciddi dəyişiklər olub.

Yayda heyətin 70-80 faizini dəyişdik. Gənc futbolçular dəvət etdik və artıq yaş ortalaması kifayət qədər aşağı düşüb.

Antalyada gördüyünüz komanda yeni kollektiv sayılır. Növbəti illərdə ikinci Bundesliqa haqda düşünəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...