"Neftçi"dən: "Hazırkı məqamda bizə vacib olan 3 xal qazanmaqdır"

24 Fevral 10:40 Neftçi 445
"Neftçi"dən: "Hazırkı məqamda bizə vacib olan 3 xal qazanmaqdır"

"Neftçi"nin müdafiəçisi Höccət Haqqverdi Sportinfo.az-a açıqlama verib.

O, Premyer Liqanın 23-cü turunda "Zirə"ni məğlub etdikləri (1:0) matçı dəyərləndirib:

"Bizim üçün vacib qələbə idi. 3 xala çox ehtiyacımız vardı. Çətin oyun keçdi, amma xoşbəxtlikdən qələbə qazanan tərəf olduq".

31 yaşlı milli üzvü qələbəyə rəğmən parlaq oyun keçirməmələri ilə bağlı səslənən iradlara isə belə cavab verib:

"Unutmayaq ki, "Zirə" yaxşı komandadır, yaxşı məşqçisi, yaxşı oyunçuları var. Onlara qarşı qalib gəlmək həmişə çətin olur.

Amma vacib olan 3 xal idi. Çünki bütün komandaların xalları bir-birinə çox yaxındır.

Ona görə də aşağı sıralarda olan komandalardan uzaqlaşmaq üçün daha çox 3 xal almalıyıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"