Bu səfər "Neftçi"də kimlər olmayacaq? - FOTOREPORTAJ

24 Fevral 02:10 Neftçi 383
Bu səfər "Neftçi"də kimlər olmayacaq? - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasının 24-cü turunda "Turan Tovuz"la qarşılaşacaq "Neftçi" matça itkilərlə çıxacaq.

Sportinfo.az xəbər verir ki, mikro zədələri olan Rəhman Hacıyev və Azər Əliyev Tovuzdakı görüşdə meydanda olmayacaq.

Artıq kollektivlə məşqlərə qayıdan Andre Şinyaşikinin də "Turan Tovuz"la matçda iştirak etməyəcəyi dəqiqləşib.

Uzun müddətdir zədəli olan Emil Balayevlə Ataa Caber isə bərpa və müalicə prosesini davam etdirir.

Bu gün "Turan Tovuz" - "Neftçi" matçına 15:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"