"Neftçi"nin əldə etdiyi razılaşma ertələndi, köç dayandı – SON DƏQİQƏ

22 Fevral 15:00 Neftçi 2 638
"Neftçi"nin əldə etdiyi razılaşma ertələndi, köç dayandı – SON DƏQİQƏ

«Neftçi»nin planlarında dəyişiklik edilib.

Klub Nobel prospektində yerləşən baş ofisini boşaltmağa hazırlıq görsə də, son anda plan pozulub.

Belə ki, «ağ-qaralar» mənzil-qərargahı Bakı Olimpiya Stadionuna (BOS) köçürmək fikrində olub, hətta bununla bağlı qarşı tərəflə anlaşma əldə edilib, icarə müqaviləsinin müddəti və məbləği razılaşdırılıb.

BOS-un rəhbərliyi axırıncı məqamda «Neftçi»nin funksionerlərinə köçü ilin sonunadək ertələməyi tapşırıb.

İş ondadır ki, noyabr ayında Bakıda mötəbər COP29 beynəlxalq ekologiya tədbiri keçiriləcək və BOS istifadə olunacaq obyektlər sırasına daxil edilib.

Stadionun ofislərin fəaliyyəti üçün nəzərdə tutulmuş hissəsi qarşıdakı aylar ərzində öz profilini dəyişməli olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"