"Neftçi"nin yeni baş məşqçisi sözünün üstündə dayanacaqmı?

22 Fevral 02:30 Neftçi 618
"Neftçi"nin yeni baş məşqçisi sözünün üstündə dayanacaqmı?

Adrian Mutu "Neftçi"ni qış fasiləsinə 3-cü pillədə gətirsə də, klub rəhbərliyi onunla yolları ayırmaq qərarı verdi.

Səbəb kimi isə komandanın rumın mütəxəssisin rəhbərliyi altında qorxaq futbol sərgiləməsi göstərildi.

Miodraq Bojoviçin qarşısına ölkə kubokunu qazanmaq, Premyer Liqanı ikinci pillədə bitirmək tapşırığı qoyulsa da, "Neftçi"nin adına və statusuna layiq futbol sərgiləməsi də prioritet məsələlərdən biridir.

Monteneqrolu məşqçidən gözləntilər böyükdür. "Neftçi"yə sanballı büdcə ayıran sponsorlar buna uyğun nəticələr və baxımlı futbol gözləyirlər. Amma hələ ki, gözləntiyə uyğun mənzərə yoxdur.

Qış təlim-məşq toplanışı zamanı mətbuat nümayəndələrinə danışan Bojoviç demişdi ki, "Neftçi"ni istədiyi səviyyəyə gətirməsi üçün 6 həftə vaxta ehtiyacı var. Təfərrüatlara varmasa da, böyük ehtimalla, komandanın fiziki cəhətdən hazırlaması üçün bu zaman perioduna işarə vermişdi.

Bojoviçin dediyi 6 həftə bitmək üzrədir. Bu vaxtın tamamında "Neftçi" səfərdə "Turan Tovuz"la qarşılacaq. Amma çətin oyun ərəfəsində "Neftçi"də ciddi dəyişən heç nə yoxdur.

Komanda yenə boz oynayır. Maraqlıdır ki, Bojoviçin işə yeni başladığı dönəmdə yaxşı görünən bəzi futbolçular da yenə əvvəlki durumlarına qayıdıblar sanki.

Amma ön yarğı eləmədən, "Turan Tovuz"a qarşı və ondan sonrakı oyunları gözləmək lazımdır. Gördüklərmiz pozitiv gələcək vəd etmir,

6 həftənin tamamında Bojoviçin bu barədə fikirlərini dinləmək maraqlı olacaq (SPORTAL.AZ).

Həmid

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"