"Neftçi"nin futbolçusunu sorğu-sual etmək üçün...

22 Fevral 00:40 Neftçi 344
"Neftçi"nin futbolçusunu sorğu-sual etmək üçün...

"Neftçi"nin futbolçusu Filip Ozobiçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Sportinfo.az xəbər verir ki, fevralın 22-si saat 14:00-da “Neftçi Arena”da keçiriləcək tədbirdə yarımmüdafiəçi media nümayəndələrinin suallarını cavablandıracaq.

Rusiyada “Spartak” (Moskva, 2010-2013), Xorvatiyada “Hayduk” (Split, 2012-2013) və “Slaven” (Belupo, 2013-2016) klublarında çıxış etmiş Filip Ozobiç ölkəmizdə “Qəbələ” (2016-2018) və “Qarabağ”da (2018-2023) forma geyinib.

Yarımmüdafiəçi Azərbaycan çempionatının qalibi (2019, 2020, 2022, 2023) və ən yaxşı iki bombardirindən biri (2017) olub,

Xorvatiya (2013) və Azərbaycan (2022) kubokunu başı üzərinə qaldırıb.

Xorvatiyanın əsas və müxtəlif yaş qruplarından ibarət yığma komandalarının formasını geyinmiş Ozobiç 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 13 oyun keçirib, 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"