"Neftçi"nin sabiq prezidentini Polşaya göndərdilər

20 Fevral 2024 20:20 Neftçi 1 072
"Neftçi"nin sabiq prezidentini Polşaya göndərdilər

"Neftçi"nin sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan növbəti dəfə təyinat alıb.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Polşada "Legiya" və Norveçin "Molde" komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.

Qarşılaşma fevralın 22-də Varşavada gerçəkləşəcək. İlk matçda Norveç klubu qələbə qazanıb - 3:2.

Orxan Hüseynzadə 2017-2018-ci illərdə "Neftçi"nin prezidenti olub.

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 08:00 Yollar buz bağlayacaq