AFFA-nın yeni prezidenti - Rövnəq Abdullayev onun yerinə gələcək şəxsi bilir?

20 Fevral 13:00 Neftçi 7 782
AFFA-nın yeni prezidenti - Rövnəq Abdullayev onun yerinə gələcək şəxsi bilir?

Martın sonunda AFFA-nın növbəti hesabat-seçki konfransı keçiriləcək.

Gözlənilən budur ki, Rövnəq Abdullayev federasiya ilə vidalaşsın.

2008-ci ildən quruma rəhbərlik edən SOCAR-ın sabiq şefinin burada qalmaq ehtimalı artıq çox aşağıdır. AFFA İcraiyyə Komitəsinin Gəncədə toplantı keçirməsinə icazə ala bilməyən Abdullayevin bu postda saxlanılmasına ümidi yoxdur.

Halbuki daha 4 il AFFA-nın başında dayanmaqdan ötrü özünün ürəyi gedir. Son 1-2 ildə dayaqları hər mənada zəifləyən Rövnəq bəyin yerini kimin tutacağı çox böyük maraqla gözlənilir.

Abdullayev və yaxın çevrəsində da bunun müzakirəsi az getmir. O, yaxınları ilə söhbətində ad çəkib. Kimin? Ondan sonra SOCAR-ın prezidenti təyin edilən Rövşən Nəcəfin.

Bildirib ki, neft şirkətinin gənc rəhbərinin digər mümkün namizədlərlə müqayisədə federasiyanın başına gətirilmək şansı daha yüksəkdir. Axı R.Nəcəf eyni zamanda «Neftçi»nin Müşahidə Şurasının sədridir.

AFFA-nın 2 son prezidenti «Neftçi»dən gəlib.

Ramiz Mirzəyev 2004-cü ildə paytaxt klubunu AFFA-ya dəyişib. O, vəfat edəndən 1 il sonra - 2008-ci ildə isə Rövnəq Abdullayevin özü «ağ-qaralar»ın rəhbərliyindən federasiyaya gətirilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"